100

1 And olsun tövşüyə-tövşüyə çapanlara!
2 And olsun dırnaqları ilə qığılcım çıxaranlara!
3 And olsun sübh çağı həmlə edənlərə ki,
4 hücuma keçib tozanaq qaldıraraq
5 qoşunun içərisinə soxulurlar.
6 Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur.
7 Özü də bunun şahididir.
8 Həqiqətən, o, var-dövlətə çox hərisdir.
9 Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı
10 və kökslərdə olanlar aşkar ediləcəyi zaman –
11 məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?