101

1 Qəlbləri Qorxuya salan!
2 Qəlbləri Qorxuya salan nədir?
3 Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir?
4 O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar.
5 Dağlar isə didilmiş yun görkəmi alacaqdır.
6 O gün kimin tərəziləri ağır gələrsə
7 xoşbəxt güzəran sürəcək.
8 Kimin tərəziləri yüngül gələrsə,
9 məskəni Haviyə olacaqdır.
10 Sən haradan biləsən ki, o nədir?
11 O, çox qızmar bir oddur!