102

1 Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
2 gömülməklə qəbirləri ziyarət etdiniz.
3 Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!
4 Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!
5 Xeyr! Kaş ki, yəqin biləydiniz.
6 Siz Cəhənnəmi mütləq görəcəksiniz!
7 Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!
8 Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.