90

1 And içirəm bu şəhərə (Məkkəyə)!
2 Sən də o şəhərin sakinisən.
3 And olsun valideynə və onun törəməsinə!
4 Biz insanı çətinlik içində xəlq etdik.
5 O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?
6 O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”
7 O, heç kəsin onu görməyəcəyinimi zənn edir?
8 Məgər ona iki gözü Biz verməmişikmi?
9 Bir dillə iki dodaq verməmişikmi?
10 Onu iki yoxuşlu yola yönəltmədikmi?
11 O isə sərt yoxuşu aşmağa can atmadı.
12 Sən nə bilirsən ki, sərt yoxuş nədir?
13 O, bir kölə azad etməkdir
14 və ya aclıq günündə möhtaca yemək verməkdir –
15 qohumluq əlaqəsi çatan bir yetimə,
16 yaxud aclıqdan yerə uzanmış kasıba!
17 Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır.
18 Onlar sağ tərəf sahibləridir.
19 Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.
20 Od onların üzərində qapanacaqdır.