93

1 And olsun səhərə!
2 And olsun sakitləşən gecəyə!
3 Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu.
4 Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.
5 Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan.
6 Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?
7 Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?
8 Kasıb olduğun zaman səni varlandırmadımı?
9 Elə isə yetimə xor baxma!
10 Səndən kömək diləyəni qovma!
11 Və Rəbbinin nemətindən danış.