95

1 And olsun əncirə və zeytuna!
2 And olsun Sinay dağına!
3 And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!
4 Biz insanı ən gözəl surətdə yaratdıq!
5 Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq.
6 İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat hazırlanmışdır.
7 Bundan sonra dini yalanlamağa səni nə məcbur edir?
8 Məgər Allah hakimlərin ən üstünü deyilmi?