96

1 Yaradan Rəbbinin adı ilə oxu!
2 O, insanı qan laxtasından yaratdı.
3 Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.
4 O, qələmlə yazmağı öyrətdi.
5 İnsana bilmədiklərini öyrətdi.
6 Xeyr! İnsan, doğrudan da, həddini aşır –
7 özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.
8 Axı son dönüşün Rəbbinədir!
9 Gördünmü o kəsi ki, mane olur –
10 bir bəndəyə namaz qıldığı zaman?
11 Söylə görək, əgər o bəndə doğru yoldadırsa,
12 yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun?
13 Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun?
14 Məgər o bilmir ki, Allah görür?
15 Xeyr! Əgər yaramaz əməlinə son qoymasa, Biz onun kəkilindən tutacağıq –
16 yalançı, günahkar kəkilindən.
17 Qoy öz yığnağını çağırsın.
18 Biz də əzab mələklərini çağıracağıq.
19 Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!