99

1 Yer titrəyib lərzəyə gələcəyi zaman;
2 Yer öz yükünü bayıra atacağı
3 və insan: “Ona nə olub?” – deyəcəyi zaman –
4 həmin gün yer öz əhvalatlarını danışacaqdır.
5 Çünki Rəbbin ona vəhy edəcəkdir.
6 O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər.
7 Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır.
8 Zərrə qədər pislik edən də əvəzini alacaqdır.