104

1 Hər bir qeybət edənin, tənə vuranın vay halına!
2 O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır
3 və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.
4 Xeyr! O, mütləq Hutəməyə atılacaqdır.
5 Sən haradan biləsən ki, Hutəmə nədir?
6 Bu, Allahın qaladığı Oddur.
7 O Od ki, qalxıb ürəklərə çatacaq.
8 Həqiqətən, o Od onların üzərində qapanacaqdır.
9 Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar.